“Şəki” qələbə qazandı, vahid lider oldu

“Şəki” Azərbaycan Basketbol Liqasının B qrupunda vahid lider olub.

Komanda.az xəbər verir ki, “Şəki” bunu 19-cu turda gerçəkləşdirib. Doğma meydanda “Gəncə”ni məğlub edən (91:87) şəkililər xallarının sayını 34-ə çatdırıb. Qonaqlar 33 xalla ikinci pillədə qərarlaşıb.

Hazırda NTD – “Sabah” oyunu davam edir. Tura saat 19:00-da start veriləcək “Sərhədçi” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Əvvəlki matçlarda “Sumqayıt” “Quba”nı 112:103, “Ordu” “Lənkəran”ı 87:65, “Abşeron” “Naxçıvan”ı 60:58 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button