
“Milan” braziliyalı müdafiəçini satmağa hazırdır
Braziliyalı müdafiəçi Emerson Royal cari mövsümün sonunda “Milan”ı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 26 yaşlı futbolçunu yay transfer pəncərəsində başqa komandaya buraxmağa hazırdır.
Emersonun “Milan”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 26 matçda iştirak edib. Onun komandası hazırda İtaliya çempionatının 29 turundan sonra 47 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



