Xorvatiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı SİYAHI

Xorvatiya millisinin AÇ-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycanla qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Zlatko Daliç 23 futbolçuya dəvət göndərib:

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo” Zaqreb), Simon Sluqa (“Luton”, İngiltərə);

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Matey Mitroviç (“Brügge”, Belçika), Karlo Bartoleç (“Kopenhagen”, Danimarka), Mile Şkoriç (“Osiyek”), Dario Melnyak (“Rizəspor”, Türkiyə);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Fiorentina”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya);

Hücumçular: İvan Perişiç (“Bavariya”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Yosip Brekalo (“Volfsburq”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”).

Ehtiyat oyunçular: Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Marko Roq (“Kalyari”, İtaliya), Filip Benkoviç (“Lester”, İngiltərə), Miyo Cakdaş, Yosip Yuranoviç (hər ikisi “Hayduk”), Antonio Mirko Çolak (“Riyeka”).

Xorvatiya millisi sentyabrın 6-da Trnavada Slovakiya ilə, 9-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button