“Çelsi”nin baş məşqçisi ilə bağlı qərar verilib

“Çelsi” rəhbərliyi komandanın baş məşqçisi Enzo Mareska ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticələrin zəif olmasına baxmayaraq, londonlular italiyalı mütəxəssisi işdən çıxarmaq niyyətində deyillər.

London klubunun rəhbərliyi Mareskaya güvənir və onun uğuruna inanır. 45 yaşlı çalışdırıcı keçən yay “Çelsi”nin baş məşqçisi postuna keçib. Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin iyunun sonunda başa çatacaq.

Mareskanın komandası İngiltərə Premyer Liqasının 27 turundan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Onların növbəti oyunu “Lester”ə qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button