PSJ-nin prezidenti: “Liverpul” bu mövsüm fantastikdir”

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandasının UEFA Çempionlar Liqasındakı çıxışından danışıb.

Turnirin 1/8 finalında parislilər “Liverpul”la qarşılaşacaq.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbəri “Liverpul”un bu mövsüm fantastik olduğunu deyib:

“Liverpul” bu mövsüm fantastikdir. İlk üç oyunumuzdan cəmi dörd xal toplayanda mübarizəni dayandıracağımız gözlənilirdi. Ancaq sonra gənc, istedadlı və yenilənmiş komandamız özünü toparladı, birliyini gücləndirib əzmlə mübarizə apara bildi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button