
Müller maaşını azaltmağa razıdır
“Bayern”in hücumçusu Tomas Müller komandada qalmaq niyyətindədir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Münhen klubunda qalmaq istəyir və yeni müqavilə imzalamaq üçün maaşını azaltmağa hazırdır.
Müller əsas heyət oyunçusu olmayacağını başa düşür və klubda qalmaq üçün münhenlilərin şərtlərini qəbul etməyə hazırdır. O, bu mövsüm “Bayern”in heyətində 31 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Almaniyalı forvardın transfer dəyəri 6 milyon avro qiymətləndirilir və onun “Bayern”lə hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin