
“Milan” niderlandlı futbolçu ilə anlaşıb
“Milan” rəhbərliyi yarımmüdafiəçi Ticani Reynderslə yeni müqavilə bağlamaq barədə razılığa gəlib.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu İtaliya klubu ilə müqavilə müddətini 2030-cu ilə qədər uzadacaq.
Ticaninin maaşı 3,5 milyon avroya qədər artırılacaq. Yeni müqavilədə fərdi və komanda nailiyyətlərinə görə müxtəlif bonus ödənişləri də nəzərdə tutulub.
Niderlandlı oyunçu cari A Seriyasında 24 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin