
Flik “Las Palmas”la matçda 2 əsas oyunçuya istirahət verəcək
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Las Palmas”la qarşıdakı oyun üçün heyətdə kiçik rotasiyalar etmək niyyətindədir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi mərkəz müdafiəçisi Pau Kubarsi və yarımmüdafiəçi Qaviyə istirahət verməyi düşünür.
La Liqa matçı bu gün baş tutacaq. “Barselona” üç gün sonra isə kral kubokunun yarımfinalının ilk oyununda “Atletiko” ilə qarşılaşacaq.
Kataloniya klubu 25 turdan sonra La Liqanın turnir cədvəlinə başçılıq edərək, “Real”ı şəxsi görüşdəki qələbə sayəsində qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin