
“Atletiko” istənilən rəqibi “yeyə” bilər”
Sabiq futbolçu Ditmar Hamann “Bayern”in UEFA Çempionlar Liqasındakı perspektivlərindən danışıb.
“Bayern”in Çempionlar Liqasının 1/8 final mərhələsində potensial rəqibləri Leverkuzen “Bayer”i və ya “Atletiko”dur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Leverkuzen komandasının indi daha güclü göründüyünü bildirib:
“Bayer”, yoxsa “Atletiko”? Futbolun keyfiyyətinə baxsaz, Leverkuzen komandası indi daha güclü görünür. “Atletiko” istənilən rəqibi “yeyə” bilər. Münhen komandası yaxın vaxtlarda yaxşılaşmasa, rəqibindən asılı olmayaraq, Çempionlar Liqasındakı yolu növbəti mərhələdə başa çatacaq”.
“Bayern” Çempionlar Liqasının pley-off mərhələsində “Seltik”i məğlub edərək (2:1; 1:1), adını turnirin 1/8 final mərhələsinə yazdırıb.
Bizi Facebook-da izləyin