Argentina millisinin üzvü La Liqanı Liqa 1-ə dəyişdi
Fransanın “Monpelye” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Real Sosyedad” klubunun qapıçısı Xeronimo Rulyini sıralarına cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı argentinalı qolkiper satınalma şərtilə 1 illik icarəyə götürülüb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək.
“Estudiantes”in yetirməsi olan Rulyi, “Deportivo Maldonado”, “Mançester Siti” klublarına transfer olunsa da, bu komandalarda forma şansı qazanmayıb. 2014-cü ildən etibarən isə o, “Real Sosyedad”ın uğurları üçün çalışırdı. Xeronimo həm də Argentina yığmasının üzvüdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin