![](https://komanda.az/wp-content/uploads/2023/02/konte-780x470.jpg)
Konte: “Çempionlar Liqasına düşsək, əla olar”
“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın bu mövsüm əldə etdiyi nailiyyətləri aşağılamamağa çağırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Çempionlar Liqasına düşməyin klub üçün əla ola biləcəyini söyləyib:
“Nə qədər yuxarı qalxsan, külək bir o qədər güclü olar. Mövsümün əvvəlində klub avrokuboklara – ən azı Konfrans Liqasına və ya Avropa Liqasına qayıtmaq istəyini açıqlamışdı. Çempionlar Liqasına düşsək, əla olar”.
“Napoli”nin A Seriyasında bazar günü “Udineze” ilə qarşılaşması heç-heçə (1:1) yekunlaşıb. Neapollular turnir cədvəlinə hələ də başçılıq edir. Komanda fevralın 15-də, 25-ci tur çərçivəsində səfərdə “Latsio” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin