“Arsenal” 65 milyon avroya yeni hücumçu almaq istəyir

İsveç millisinin və Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Arsenal” skandinaviyalı futbolçunu transfer etməkdə maraqlıdır.

“Topçular” yay transfer pəncərəsində bir hücumçu almaq istəyir. İngilislər Qyokereş üçün 65 milyon avro ödəməyə hazırdırlar.

26 yaşlı forvard 2023-cü ilin yayından Portuqaliya klubunda çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonunda başa çatacaq. O, ölkə çempionatının cari mövsümündə 20 oyun keçirib, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button