“Milan” portuqaliyalı futbolçu üçün 8-10 milyon avro ödəməyə hazırdır
Joao Feliks daimi əsasda “Milan”a keçə bilər.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu “Çelsi” ilə portuqaliyalı hücumçunun icarə müddətinin növbəti mövsümün sonuna kimi uzadılması üçün razılığa gəlmək istəyir.
“Milan” bunun üçün londonlulara 8-10 milyon avro təklif etməyə hazırdır. Tərəflər müqaviləyə Feliksi 30-35 milyon avroya almaq variantını daxil edə bilərlər.
Feliks “Milan”ın heyətində “Roma” ilə kubok matçında (3:1) debüt edib. O, həmin qarşılaşmada qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin