Amorim: “Yaxşı nəticədir, amma…”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qələbə qazanmalarına baxmayaraq, komandasının İngiltərə kubokunun 1/8 final mərhələsində “Lester”ə qarşı oyunundakı çıxışından narazı qalıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı vəziyyəti öz tərəflərinə çevirə bildiklərini söyləyib:

“Biz vəziyyəti öz tərəfimizə çevirə bildik, ona görə də bu, yaxşı nəticədir, amma yaxşı oyun deyil. İkinci hissədə meydanda durumun yaxşılaşdığını, ancaq qələbənin xarakter sayəsində əldə edildiyini nəzərə almalıyıq”.

“Qırmızı şeytanlar” 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button