“O, “Tottenhem”in oyunçusu olacaq, dostum”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu klubun “Bayern”dən hücumçu Matis Teli satın almaq niyyətində olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı onun “Tottenhem”in oyunçusu olacağını bildirib:

“O, “Tottenhem”in oyunçusu olacaq, dostum. Düşünürəm ki, qarşıdakı aylarda o, “Tottenhem”də qalmalı olacağını hamıya göstərəcək. Mən onu bura altı aylıq dəvət etməmişəm”.

Fransalı futbolçu satın alma şərti ilə mövsümün sonuna qədər London klubuna icarəyə verilib. “Tottenhem” 19 yaşlı forvardı təxminən 60 milyon avroya ala bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button