“Bayern”in futbolçusu Premyer Liqa klubuna keçib

“Bayern”in hücumçusu Matis Tel “Tottenhem”ə keçib.

Komanda.az xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.

Tel mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək. Amma “Tottenhem” onu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.

19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Tel bu mövsüm “Bayern”lə bütün turnirlərdə 14 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button