“Yuventus” futbolçusu ilə yeni müqavilə imzalayıb
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo icarəyə getməzdən əvvəl klubu ilə yeni müqavilə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu cari mövsümün sonuna kimi “Jirona”da çıxış edəcək.
Melo Turin klubundan ayrılmadan əvvəl müqaviləsini 2027-ci ilə qədər uzadıb. “Yuventus” onun maaşını daha uzun müddətə bölüşdürmək üçün bu addımı atmağa qərar verib. Belə ki, indi ona ildə 5 milyon deyil, 3,8 milyon avro maaş veriləcək.
28 yaşlı futbolçu bu mövsüm futbol meydanlarında görünməyib. O, 2020-ci ildə “Yuventus”a 80 milyon avroya “Barselona”dan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin