“Santos”da yeni “10 nömrə”
Neymar “Santos”da 10 nömrəli formanı geyinəcək.
Dünya futbolunun əfsanə oyunçularından Pele “Santos”da məhz bu nömrə altında çıxış edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neymar Braziliya klubunun sosial şəbəkə hesabındakı videomüraciətində seçimini belə şərh edib:
“Taxt-tac həmişə sənin olacaq. Çünki sən əbədisən. “Santos” üçün çox mənalı olan müqəddəs 10 nömrəli formanı geyinmək şərəf olacaq”.
Braziliyalı futbolçu zədə səbəbindən son iki ildə Səudiyyə Ərəbistanı çempionatında cəmi iki oyunda iştirak edib. O, qış transfer pəncərəsində “Əl-Hilal”dan “Santos”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin