“Çelsi”nin hücumçusunu hansı məbləğə satmaq istədiyi məlum olub
“Çelsi”nin hücumçu Kristofer Nkunkunu “Bayern”ə hansı məbləğə buraxmağa hazır olduğu məlum olub.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, londonlular fransalı futbolçunun satışından ən azı 82,6 milyon avro qazanmaq istəyir.
İngiltərə klubu Nkunkunu 2023-cü ilin yayında “Leyptsiq”dən 60 milyon avroya alıb. Daha əvvəl bildirilmişdi ki, 27 yaşlı forvard özü də komandanın start heyətində yerini təmin edə bilmədiyi üçün “Çelsi”dən ayrılmaq istəyir.
Nkunku bu mövsüm bütün turnirlərdə 28 matçda meydana çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin