MY Əlcəzair millisinin üzvünü “qaralayıb”
“Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nuri İngiltərə Premyer Liqasının top klublarından birinin hədəfinə çevrilib.
Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, Əlcəzair millisinin futbolçusunun transferində “Mançester Yunayted” maraqlıdır. İngiltərə klubunun baş məşqçisi Ruben Amorim yanvar transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi hədəfləyib.
23 yaşlı müdafiəçinin klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin