“Barselona”nın prezidentindən fırıldaqçılıq ittihamlarına reaksiya
“Barselona”nın prezidenti Xuan Laporta saxtakarlıq iddialarından sonra açıqlama verib.
Daha əvvəl məlum olmuşdu ki, Kataloniya klubunun rəhbərinə qarşı 4,7 milyon avroluq dələduzluq iddiası ilə bağlı araşdırma aparılır.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə açıqlama verən Laporta bunları deyib:
“26 may 2023-cü il tarixində iddiaçılar mənim onların iddia etdiyi sərmayələrdə heç bir əlimin olmamasına baxmayaraq, üzvü olduğum bir qrup şəxsə qarşı dələduzluq iddiası ilə şikayət veriblər. İddia ərizəsi verildikdən sonra hakim heç bir cinayətin baş vermədiyini bildiyi üçün onu rədd etdi”.
Daha əvvəl bildirilmişdi ki, 2016-cı ildən 2018-ci ilə qədər Laporta və bir neçə başqa şəxs investorlardan özəl kapital yatırdıqları şirkətə sahib olublar. Onlardan bəziləri şirkət investisiyalarını qaytarmadığı üçün məhkəməyə müraciət edib.
Bizi Facebook-da izləyin