“Nyukasl”ın qapıçısı ərəblərlə anlaşıb
“Nyukasl”ın qapıçısı Martin Dubravka karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, slovakiyalı qolkiper “Əl-Şabab”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb və “Nyukasl”ın qərarını gözləyir.
35 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 8 matçda iştirak edib, 2 qol buraxıb. Onun “Nyukasl”la hazırkı müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq.
Dubravka “sağsağanlar”a 2018-ci ildə, 4 milyon avroya transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin