Coşqun “qırmızı” aldı, komandası qalib gəldi

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, o, “Bandırmaspor”un “İğdır”la səfər görüşünün iştirakçısı olub.

15-ci tur çərçivəsində keçirilən qarşılaşma Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

31 xalı olan “Bandırmaspor” lider “Kocaelispor”dan 1 xal geri qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button