
“Lester” satıla bilər
“Lester”in taylandlı sahibləri klubu satmaq imkanını nəzərdən keçirirlər.
Komanda.az “Financial Times”-a istinadən xəbər verir ki, “King Power” şirkəti potensial alıcıların müəyyənləşdirilməsi üçün ABŞ-nin maliyyə nəhəngi “Citigroup”un investisiya bankirləri ilə əməkdaşlığa başlayıb. Klub isə hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
“Lester” 2016-cı ildə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə Premyer Liqasının çempionu olub. Ancaq 2026-cı ildə komanda Çempionşipdən də aşağı liqaya yuvarlanıb. Ötən mövsüm isə 2023/24 futbol ilində maliyyə qaydalarını pozduğu üçün klubun hesabından 6 xal silinib.
Bu il açıqlanan maliyyə hesabatına əsasən, “Lester” 2024/25 Premyer Liqa mövsümünü 71,1 milyon funt-sterlinq (təxminən 83,2 milyon avro) zərərlə başa vurub. Bundan əlavə, klubun sahibləri ötən il səhmdar kreditləri üzrə 124 milyon funt-sterlinq (təxminən 145,2 milyon avro) borcu səhmdar kapitalına çevirərək siliblər.
Hazırkı rəhbərlik komandanı Siqreyvdə yerləşən müasir və milyonlarla funt-sterlinq dəyərində olan məşq bazasına köçürüb, həmçinin, stadionun genişləndirilməsini də planlaşdırırdı. Lakin klubun üçüncü liqaya düşməsi bu layihələrin icrasını dayandırıb.
Bildirilir ki, “King Power” şirkətinin əsas fəaliyyəti də koronavirus pandemiyasından sonra Taylanda gələn turistlərin, xüsusilə, Çindən gələnlərin sayının azalması səbəbindən ciddi zərər görüb.
Bizi Facebook-da izləyin



