
Argentina futbolunun rəhbəri: “İspaniya daha güclü idi, bunu qəbul etməliyik”
Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia 2026-cı il dünya çempionatının finalında İspaniya millisinə 0:1 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında rəqibin qələbəyə layiq olduğunu etiraf edib:
“Biz İspaniyanı məğlub edə bilmədik. Onlar daha güclü idilər, layiqli şəkildə qalib gəldilər və biz bunu qəbul etməliyik. İdmanda məğlubiyyəti də qələbəni qeyd etdiyimiz ləyaqətlə qəbul etməyi öyrənirik.
Bəli, biz finalı uduzduq. Amma bu komanda az əvvəl bütün ölkəyə böyük sevinc yaşatdı. Argentina İngiltərə üzərində qələbəni bayram etdi, bu komanda xalqımız üçün nə qədər böyük məna daşıdığını bir daha göstərdi.
Məğlubiyyət ağrıdır. Ağrıdır, çünki biz rəqabətədavamlı komandayıq, tarixin ən uğurlu millisiyik və ikinci yer heç vaxt bizi qane etmir. Ağrıdır, çünki sona qədər mübarizə aparmağa öyrəşmişik və yolumuza davam edəcəyik”.
Argentina millisi DÇ-2026-nın finalında İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olaraq, mundialı gümüş medallarla başa vurub.
Bizi Facebook-da izləyin



