Tanınmış futbolçu Argentina klubuna keçir

“River Pleyt” Meksikanın “Tiqres” klubunda çıxış edən yarımmüdafiəçi Anxel Korreanın transferi ilə bağlı razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Buenos-Ayres təmsilçisi 31 yaşlı futbolçu üçün 15 milyon dollar ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon dollar məbləğində bonuslar da nəzərdə tutulub.

“Tiqres” bütün sənədləri vaxtında qəbul edərsə, Korrea elə bu gün Argentinaya yollanaraq “River Pleyt”lə müqavilə imzalayacaq. Tərəflər arasında anlaşmanın müddəti 2029-cu ilin dekabrına qədər olacaq.

Argentinalı futbolçu uzun illər “Atletiko”dakı çıxışı ilə tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button