Emin Mahmudovun avrokuboklarda 10-cu qolu

Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat paylaşıb.

Yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.

Milli komandanın kapitanı “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.

Emin Mahmudov “Neftçi”nin qitəmiqyaslı klub turnirlərində ən məhsuldar oyunçusudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button