“Futbolçular üçün belə havada oynamaq heç də asan deyil” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ÇSKA (Sofiya) komandasına qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə haqda bunu deyib:

“Gərgin oyun oldu. Qarşımızda yaxşı təşkilatlanmış bir komanda var idi. Oyun hər iki komanda üçün çətin oldu. Rotasiyalar oldu, şanslarımızı yoxladıq. Lakin yenə də bizim üçün çox xoş idi. Üstündə çox düşünülməli olan qarşılaşma oldu.

Futbolçular üçün belə havada oynamaq heç də asan deyil, çox enerji itirirlər. Belə havada, belə yaxşı oynayan komandaya qarşı istədiyini edə bilmirsən. Azarkeşlər üçün də, havanın sərin olması matçı daha baxımlı edərdi.

Elvin Cəfərquliyev çox istəkli çıxış edir, məşqlərdə də yaxşı hazırlaşır. Lakin hələ də ağlımda bir fikir formalaşdırmamışam.

Rəqiblər hər zaman fərqli olur. Futbol çox inkşaf edir. Biz hər zaman düşündüyümüz “Qarabağ”dan daha yaxşı olmalıyıq. Rəqiblər də sağolsun ki, hər zaman bizə daha ciddi, fərqli, məsuliyyətli yanaşırlar. Biz bunu hiss ediriksə, hər zaman daha yaxşı olmalıyıq. Ola bilər ki, bu gün alınsan, sabah alınmasın. Lakin olduğumuz yerdən hər zaman daha çoxu üçün çalışmalıyıq.

ÇSKA-dan belə oyun gözləyirdim, amma bu qədərini yox. Biz əvvəlki sistemlərinə daha çox hazırlaşmışdıq, nəinki bu günki oyunlarına. Səfərdə oynayırdılar. Niyə də heç-heçəyə sevinməsinlər. Çox bərk kollektivləri var, müdafiədən zövq alan komandadır. Səhvləri özümüzdə axtarmalıyıq. Komanda göstərdikləri performansa görə də daha razı qalıb. Bu normaldır. Biz də səfərə qalib gəlmək üçün gedəcəyik. Mən bu nəticəni sürpriz olaraq qəbul etmərəm, çünki demək olar ki, eyni səviyyədə komandalarıq. Bu bizə daha çox motivasiya, məsuliyyət verdi. Yaxşı məşqçiləri, oyunçuları var. Fərqli sistemləri var və bu da onu göstərir ki, daim öz üzərində çalışan komandadır. Bu gün də maraqlı oyun oldu. Hər bu komandaya, həm də özümüzə uğurlar arzu edirəm”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button