
“Mançester Siti”nin 90 milyon avroluq transfer planı
“Lill”in yarımmüdafiəçisi Ayyub Buaddi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 18 yaşlı futbolçuya marağını davam etdirir. “Şəhərlilər” Buaddinin transferi üçün 90 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl mətbuatda Premyer Liqanın son mövsümünün vitse-çempionunun mərakeşli yarımmüdafiəçi ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə barədə razılığa gəldiyi bildirilmişdi.
Buaddi 2023-cü ilin yayından “Lill”in əsas komandasında çıxış edir. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



