
“Barselona” Adeyeminin transferini rəsmən açıqladı
“Barselona” “Borussiya”nın (Dortmund) hücumçusu Kərim Adeyemini transfer etdiyini açıqlayıb.
Komanda.az Kataloniya təmsilçisinə istinadən xəbər verir ki, futbolçu ilə 2031-ci ilə qədər olan müqavilə imzalanıb.
Son 4 mövsümü “Borussiya”da keçirən almaniyalı hücumçu Bundesliqa və UEFA Çempionlar Liqasında 48 oyuna çıxıb.
Ötən mövsüm UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı 2 oyunda meydanda olan hücumçu yay fasiləsindən sonra mövsümöncəsi hazırlıqlara qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



