
Qvardiola millini çalışdırmaq üçün 20 milyon avro maaş tələb edir
Ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılan baş məşqçi Pep Qvardiola ilə İtaliya Futbol Federasiyası arasında danışıqlar hələ də nəticə verməyib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Qvardiola İtaliya millisinin baş məşqçisi postuna təyin olunmaq üçün ildə 20 milyon avro maaş tələb edir. Federasiya isə ona bunun təxminən yarısı qədər məvacib təklif edib. Tərəflər arasında əsas fikir ayrılığı da məhz maliyyə məsələsi ilə bağlıdır.
Bununla belə, Qvardiola italiyalıların onu milli komandanın başına gətirmək istəyindən məmnundur və bu marağı yüksək qiymətləndirir.
55 yaşlı mütəxəssis son olaraq 10 il ərzində “Mançester Siti”ni çalışdırıb.
İtaliya millisi Bosniya və Herseqovinaya pley-off-da məğlub (1:1, pen – 3:4) olaraq, 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Bu uğursuzluqdan sonra komandanın baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən ayrılıb.
Bizi Facebook-da izləyin



