
“Napoli” Lukakunu satmağa hazırdır
Belçika millisinin hücumçusu Romelu Lukaku yay transfer dövründə “Napoli”ni tərk edə bilər.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Neapol təmsilçisi 33 yaşlı forvardın transferi ilə bağlı təklifləri dinləməyə hazırdır və potensial alıcılardan gələcək müraciətləri gözləyir.
Lukaku 2024-cü ilin yayından “Napoli”nin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub. “Transfermarkt” portalına əsasən, hücumçunun bazar dəyəri 6 milyon avrodur.
Belçikalı futbolçu ötən mövsüm A Seriyasında cəmi 5 oyunda meydana çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



