
“Milan” Leao üçün təkliflərə açıqdır
Portuqaliya millisinin hücumçusu Rafael Leao bu yay “Milan”ı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” 26 yaşlı futbolçunun gedişi ilə bağlı müxtəlif təklifləri nəzərdən keçirməyə hazırdır. Milan təmsilçisi Leaonu məcburi satınalma şərti ilə icarəyə buraxa və ya onu 50 milyon avro qarşılığında birdəfəlik sata bilər.
Portuqaliyalı forvard “Milan”a 2019-cu ildə, 49 milyon avro müqabilində “Lill”dən transfer olunub. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Leao 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyuna çıxaraq, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



