Türkiyə millisinin üzvü Fransa klubunda – Rəsmi
Türkiyənin “Trabzonspor” klubundan ayrılan Yusuf Yazıcı karyerasını Fransada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Lill” klubuna transfer olunub. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yazıcı ilə 5 illik müqavilə imzalanıb.
“Trabzonspor”un yetirməsi olan Yazıcı, son mövsümdə Super Liqada 30 oyuna 4 qol vurub. Yarımmüdafiəçi 14 dəfə də Türkiyə millisinin fomasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin