“Beşiktaş”ın prezidenti istefa verib
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə “Hurriyet” nəşri məlumat yayıb.
Növbəti seçkiyə kimi onu Hüseyin Yücel əvəzləyəcək.
Daha əvvəl “Beşiktaş”ın futbol üzrə koordinatoru Samet Aybaba, İdarə Heyətinin müşaviri Bredli Hovard Fridel və klubun mətbuat xidmətinin rəhbəri Okay Karacan vəzifəsindən ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin