“Mövsümə yaxşı start verdik, amma…” – Zinçenko

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Aleksandr Zinçenko ölkə superkubokunda “Liverpul”la keçirdikləri matçla (1:1) bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, Mersisayd klubunu penaltilər seriyasında məğlub etdikləri oyun haqda bunları deyib:

“Liverpul” Çempionlar Liqasının qalibidir, bu komandaya qarşı oynamaq heç də asan deyil. Onlar öz məşqçilərini tapıblar, “Liverpul”a qarşı işimiz hər zaman çətindir. Buna baxmayaraq, kuboku qazandıq.

Hər zaman kubok qazanmaqdan müsbət enerji alırıq. Mövsümə yaxşı start verdik, amma hələ üzərində çalışmağımız lazım olan məsələlər var. Kubok qazandığımız üçün sevinməyə çox vaxtımız yoxdur, çünki artıq Premyer Liqanın ilk turu başlayır”.

Zinçenko “Liverpul”un hücumçusu Məhəmməd Salah haqqında da danışıb:

“Hansısa futbolçunun Salahla qarşılaşması asan olmaz, onun hazırda dünyanın ən yaxşı futbolçularından biri sayılması boş yerə deyil. Salah hazırda ən yaxşı formasındadır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button