“Bu hadisəni xatırlamağın mənası yoxdur” – Başına pivə şüşəsi dəyən məşqçi

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre tribunadan atılan pivə şüşəsinə görə başından xəsarət alıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, meksikalı çalışdırıcı bu hadisəni xatırlamağın belə, mənası olmadığını bildirib:

“Heç nə, heç nə, bu, futboldur. Honduras qalib gəlməyə layiq idi, bəzi məqamlarda bizdən üstün idilər, onları təbrik etməkdən və komandamın ruhunu yüksəltməyə çalışmaqdan başqa çarəm yoxdur. Başqa bir şey isə odur ki, bu hadisəni xatırlamağın belə, mənası yoxdur. Çünki bu, futboldur və mən şikayət edənlərdən deyiləm”.

İnsident Honduras komandası ilə KONKAKAF Millətlər Liqasının 1/4 final matçında (0:2) baş verib.

Meksikanın futbol federasiyası daha sonra Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (KONKAKAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməsini tələb edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button