“Yuventus” braziliyalı futbolçudan qurtulmağın yollarını axtarır

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo mövsüm ərzində klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu mövsüm “Yuventus”un əsas heyətinə düşmür və baş məşqçi Tiaqo Mottanın onunla bağlı planları yoxdur.

Adı açıqlanmayan Braziliya klubları artıq Melo ilə maraqlanır. Lakin oyunçu vətəninə qayıtmağa tələsmir və karyerasını Avropada davam etdirmək istəyir.

Turin klubu hazırda oyunçunun agenti ilə birlikdə bütün tərəflər üçün optimal həll yolu axtarır. Hər şey plana uyğun getsə, Melo yanvar transfer pəncərəsində “qoca sinyora”nı tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button