Haland “Mançester Siti”ni qorxutdu

Erlinq Haland UEFA Çempionlar Liqasında Lissabon “Sportinq”i ilə oyun öncəsi məşq zamanı “Mançester Siti” azarkeşlərini qorxudub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pep Qvardiolanın komandası Portuqaliyaya uçmazdan əvvəl bazada məşq edib. Məşqin bir epizodunda Haland qazona yıxılıb və sağ ayağından yapışaraq ağrıdan qıvrılmağa başlayıb.

Norveçli forvard Premyer Liqada şənbə günü “Bornmut”la (1:2) matç zamanı da eyni yerdən zədə almışdı.

Cari mövsümdə bütün yarışlarda 14 oyunda 14 qol vuran 24 yaşlı hücumçu tezliklə ayağa qalxsa da, bir müddət məşqə davam edə bilməyib. Daha sonra ağrılar keçib.

“Sportinq” – “Mançester Siti” matçı bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button