Raul Ermənistan millisinin baş məşqçisi ola bilər
“Real”ın sabiq hücumçusu Raul milli komandaya rəhbərlik etmək imkanı qazanıb. 47 yaşlı mütəxəssis Ermənistan millisinin baş məşqçisi postuna namizədlər siyahısındadır.
Komanda.az “Fast News”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan danışıb:
“Biz iki variantı nəzərdən keçiririk: növbəti iki oyunda komandaya rəhbərlik edəcək mütəxəssis və gələn ildən işə başlayacaq məşqçi. Namizədlər arasında çoxlu mütəxəssis var, o cümlədən də Raul”.
Raul hazırda “Real”ın gənclər komandasını çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin