Slot: “Mən bunu Salahla müzakirə etməmişəm”
“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın başa çatmaqda olan müqaviləsi ilə bağlı danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bunu Salahla müzakirə etmədiyini bildirib:
“Mən bunu Salahla müzakirə etməmişəm. Onun müqaviləsi yayda başa çatacaq, o vaxta qədər bizimlədir, qalanı isə hələ də bəlli deyil. İndi bütün diqqətimizi matçlara yönəltmişik”.
Misirli forvardın müqaviləsi gələn ilin yayına qədərdir. Onun növbəti mövsümdə “qırmızılar”da çıxış edib-etməyəcəyi hələlik məlum deyil.
32 yaşlı hücumçu bu mövsüm “Liverpul”da keçirdiyi 15 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin