“Real”dan zədəli hücumçusu ilə bağlı açıqlama

“Real”ın hücumçusu Rodriqo UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə matçda (5:2) zədələnib və oyunun gedişində əvəzlənib.

Komanda.az xəbər verir ki, “kral klubu”nun mətbuat xidməti braziliyalı futbolçunun müayinəsinin nəticələri ilə bağlı açıqlama yayıb:

“Müayinədən sonra Rodriqoya sağ budunun biseps əzələsinin zədələnməsi diaqnozu qoyulub”.

“Real” növbəti oyununu oktyabrın 26-da evdə “Barselona”ya qarşı keçirəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Rodriqo və zədəli olan qapıçı Tibo Kurtuanın “el klasiko”nu buraxacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button