Keçmiş futbolçu Salahın “Liverpul”da qalacağına inanır

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Məhəmməd Salahın klubla yeni müqavilə imzalaya biləcəyinə inanır.

Komanda.az “Standard”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futboçunun fikrincə, misirli forvard Premyer Liqada qol sayına görə Tyerri Anrini ötmək istəyir:

“Mövsümün sonunda Salah Anri və Frenk Lempardın rekordlarına baxacaq. Düşünürəm ki, bu nailiyyət naminə o, “Liverpul”la müqaviləsini uzadacaq. O, yarışda iştirak etməkdən həzz alır. Amma təbii ki, maaş və müqavilə müddəti də önəmli olacaq”.

Salahın hazırda Premyer Liqada 160 qolu var. Anri 175, Lempard isə 177 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button