“Barselona”da maaşlar 160 milyon avro azaldılıb!
“Barselona”nın prezidenti Xuan Laporta klubun idman direktoru Dekunun, eləcə də baş məşqçi Hans-Diter Flikin keyfiyyətli işini qeyd edib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri Flikin və Dekunun işindən çox razı olduğunu bildirib:
“Biz komandadan və Flikin işindən, həmçinin maaşların 160 milyon avro azaldılmasına nail olan idman direktorumuz Dekunun işindən çox razıyıq. Əvvəllər futbolçuların maaşlarının klubun ümumi gəlirlərinə nisbəti 91 faiz idisə, hazırda 53 faizdir. Bundan əlavə, biz 80 milyon avro dəyərində oyunçu satdıq”.
“Barselona” cari La Liqa mövsümündə 9 turdan sonra 24 xalla 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin