“Barselona” belçikalı futbolçu ilə maraqlanır

“Çelsi”nin yarımmüdafiəçisi Romeo Lavia qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” belçikalı futbolçunun transferində maraqlıdır. Kataloniya klubu yanvarda onu transfer etməyə çalışacaq.

20 yaşlı futbolçu nadir hallarda “Çelsi”nin əsas heyətinə daxil olur. O, cari mövsümdə Premyer Liqada iki matçda iştirak edib. Onun London klubu ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button