“Mançester Yunayted” üçün ideal namizəd

“Barselona”nın keçmiş çalışdırıcısı Xavi yaxın gələcəkdə məşqçiliyə qayıda bilər.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” Xavini komandanın yenidən strukturlaşdırılması üçün ideal namizəd hesab edir.

“Qırmızı şeytanlar” yaxın vaxtlarda baş məşqçi Erik Ten Haqı istefaya göndərə bilər. Belə ki, klub rəhbərliyi sabah keçiriləcək toplantıda niderlandlı mütəxəssisin gələcəyi ilə bağlı qərar verəcək.

7 tura 8 xal toplayan “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button