Rafinya Xavi ilə niyə anlaşa bilməyib?

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Dias komandanın keçmiş baş məşqçisi Xavi ilə anlaşa bilməyib.

Komanda.az “Relova”-ya istinadən xəbər verir ki, “Barselona”dakı ilk mövsüm braziliyalı futbolçu üçün çətin keçib. O, tez-tez tənqid olunub, bu da onun mənəviyyatına mənfi təsir göstərib və baş məşqçi ilə də problemlər yaranıb.

Rafinya və Xavi 2022/23 mövsümündə tez-tez toqquşublar, xüsusən də, onun xoşuna gəlməyən erkən əvəzləmələr səbəbindən.

Rafinya “Barselona”ya 2022-ci ilin yayında “Lids”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button