Pioli Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

“Milan”ın keçmiş baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanı çempionatında çalışa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis danışıqlar zamanı Səudiyyə Ərəbistanı klublarından “Əl-Nəsr”in təklifi ilə razılaşıb. Tərəflər bir mövsüm uzatma imkanı ilə iki illik müqavilə imzalamağa yaxındırlar. İtaliyalı çalışdırıcının maaşı təxminən 8 milyon avro olacaq.

Pioli hazırda işsizdir. Onun son klubu 2019-cu ildən rəhbərlik etdiyi “Milan” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button