“İnter” Lukakunu transfer edə bilməsə…

İtaliyanın “İnter” klubu “Mançester Yunayted”dən transfer etməyə çalışdığı Romelu Lukakunun keçidi baş tutmayacağı halda, hücumçu problemini başqa cür həll edəcək.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Edinson Kavani Milan klubunun transfer hədəfindədir. Lukakunun transferində hələ ki, müsbət nəticə əldə edə bilməyən “neradzurra”, Kavani üçün təklif hazırlayıb.

PSJ-nin uruqvaylı futbolçu üçün 40 milyon avro tələb etdiyi bildirilir.

Paris təmsilçisi ilə 2020-ci ilədək müqaviləsi olan 32 yaşlı futbolçu, son mövsümdə keçirdiyi 33 matçda 23 qol, 9 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button