Quliyevli “Spartak”ın ilk məğlubiyyəti
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tambov”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. 3-cü dəqiqədə sarı vərəqə alan Quliyev, fasilədə əvəzlənib.
“Spartak” 3 turdan sonra 4 xalla 16 kollektiv arasında 9-cudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin